Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Toyda zarafatın sonu qanla nəticələndi - MƏHKƏMƏ
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şamxal Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şamxal Babayev 12 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi, 2006-cı il təvəllüdlü zərərçəkmiş Famil Xəlilovla Salyan rayonu, Xıdırlı kəndində yerləşən “Səmayə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib. Bu zaman o, zərərçəkmişlə eyni masa arxasında yanaşı oturub, öz aralarında zarafat edərək bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlədib. Buna görə onların arasında mübahisə yaranıb, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşmək qərarına gəliblər.
Daha sonra Şamxal Familin təklifi ilə Salyan rayonu, Xıdırlı kəndində açıq ərazidə “pir” adlanan yerdə onunla görüşüb. O, hadisə yerinə gələndə yaşadığı evdən mətbəx bıçağı götürüb. Nəticədə Şamxal bıçaqla Familə ümumilikdə 7 zərbə endirib.
Hadisədən sonra zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyin nəticəsində Famil Xəlilovun həyatını xilas etmək mümkün olub.























































