Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

07 Ekm 08:50Manşet / Cəmiyyət

Füzulidə şəhid ailələri və qazilərə böyük diqqətlə, qayğı ilə yanaşılır

Füzulidə şəhid ailələri və qazilərə böyük diqqətlə, qayğı ilə yanaşılır

Bu gün Füzuli Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə işin təşkilinə həsr edilmiş növbəti müşavirə keçirilib.

Müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rəhbərliyi ilə keçirilən müşavirə başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müşavirəni giriş sözü ilə açan rayon rəhbəri çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun şücaətindən, qazanılan böyük Zəfərin mənbəyində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının, vətənpərvərliyinin dayanmasından söz açıb.

Müşavirədə rayonda fəaliyyət göstərən digər xidmət sahələrində də həssas təbəqədən olan vətəndaşlarla münasibətdə xüsusi nəzakətlə davranıldığı, onların istəklərinə operativ və növbədənkənar münasibət bildirildiyi diqqətə çatdırılıb.

Müşavirəni yekun sözü ilə sonlandıran rayon rəhbəri bir daha hər kəsi şəhid ailələri və qazilərlə davranışda xüsusi həssaslıq göstərməyə çağırıb. Alı Alıyev həm məmur, həm də vətəndaş olaraq bu qəbildən olan insanlara diqqət və qayğı ilə yanaşmağın hər kəsin mənəvi borcu olduğunu bir daha vurğulayıb.