Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

07 Ock 19:50Cəmiyyət

Ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 36 faiz artacağı gözlənilir

2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, həmin artımla ünvanlı yardımların da məbləği artacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.