Menu
Xəbər Lenti
09 Ock 15:38Mədəniyyət

Bakıdakı Rus Evi yanvar repertuarını açıqlayıb

Bakıdakı Rus Evi (RİMM) yanvar ayı üçün tədbirlər proqramını açıqlayıb.

Bu barədə AZƏRTAC-a RİMM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə Dəstək” layihəsi üzrə gənc istedadların konserti, 14-də Bakıdakı Rus Evində kino-klubun təntənəli açılışı, 19-da yazıçı, tədqiqatçı və Birinci Qarabağ müharibəsi veteranı Georgi Zapletinin “Azərbaycanda ruslar” silsiləsindən mühazirəsi, 22-də Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubunun Vladimir Vısotskiyə həsr olunmuş musiqili-qiraət gecəsi, 24-də sənətşünas Raya Abbasovanın yaradıcılıq gecəsi, 29-da isə Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubunun gənc istedadlarının sərgisi açılacaq.