Menu
Xəbər Lenti
09 Ock 16:42Cəmiyyət

Əlilliyi olan şəxslərə evlərində reabilitasiya vasitələri verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları ünvanlara apararaq təqdim edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri onların evlərinə aparılaraq təqdim olunub.

Əlillərə ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.