Menu
Xəbər Lenti
09 Ock 16:44Cəmiyyət

yashat.gov.az portalı və 8110 “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasından 2 il ötür

Ötən il yanvarın 8-də “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günə qədər Çağrı Mərkəzinə 155 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 28 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 12 minə yaxını şəhidlərimizin ailə üzvlərinin, 16 mindən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanına əsasən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.