Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

13 Ock 21:27Hadisə

FHN Qusarda yaşayış evində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb

səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsində iki otaq və eyvan 90 kvadratmetr sahədə, ikinci mərtəbəsində iki otaq və dam örtüyü 90 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı biri azyaşlı olmaqla, iki nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının həyata keçirdikləri operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, evin birinci mərtəbəsindəki odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyənləşdirilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Nazirlik bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırıb.