Menu
Xəbər Lenti
Növbəti qələbəmiz
Bugün, 19:38

Növbəti qələbəmiz

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

24 Ock 21:30Cəmiyyət

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər zamanı diaqnostik müayinələr də götürüləcək

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək.

Monitorinqlərin təşkil olunması üçün Qida Təhlükəsizliyi Agentliyi və İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 23–dən 27-dək keçiriləcək epizootoloji monitorinqlər Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, həmçinin Abşeron yarımadasındakı və Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq və dənizsahili zonalarını, eləcə də digər əraziləri əhatə edəcək.

Monitorinqlər zamanı ərazi ilə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi və xəstəlik törədicisinin aşkar olunması məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır. Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Siyəzən, Xaçmaz, Astara, Masallı, Neftçala, Şirvan və Abşeron rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Xaçmaz, Astara, Salyan, Neftçala və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanılaraq təhlil ediləcək.

Epizootoloji monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır