Menu
Xəbər Lenti
03 Şub 15:32Mədəniyyət

Milli Kitabxanada “Qara Qarayev” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

Qara Qarayev musiqimizdə gələcəyə yeni yollar açan novator bəstəkar, XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. Onun özünəməxsus yaradıcılığı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınır.

Görkəmli bəstəkarın 105 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Qara Qarayev” adlı Elektron məlumat bazası hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Elektron məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Qara Qarayev haqqında, Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında, mükafatları, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Q.Qarayev-100/index.html linkindən istifadə edə bilərlər.