Menu
Xəbər Lenti
05 Şub 06:09Dünya

ABŞ hərbçiləri: Çin zondunun qalıqlarının toplanması çox vaxt aparmayacaq

ABŞ hərbçiləri hesab edirlər ki, Cənubi Karolina sahilləri yaxınlığında vurulmuş Çin aerostatının qalıqlarının toplanması əməliyyatı “nisbətən sürətli” olacaq. Bu barədə “Reuters” agentliyi ABŞ müdafiə idarəsinin yüksək rütbəli vəzifəsinə istinadla məlumat yayıb. Məlumata görə, zondun qalıqlarının çıxarılması həftələr və ya aylar qədər vaxt aparmayacaq. Ola bilsin ki, bu əməliyyat nisbətən tez başa çatsın.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, zondun qalıqları yeddi mil (təxminən 11 kilometr) məsafəyə səpələnib. Cihaz Amerika sahillərindən altı dəniz mili məsafədə AIM-9X raketi ilə vurulub.