Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

04 Şub 21:04Cəmiyyət

Qax və Balakəndə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edilib

Qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Qida Təhlükəsizliyi Agentliyinin rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin Qax və Balakən rayon icra hakimiyyətlərində keçirilən növbəti görüşündə görülən tədbirlərlə əlaqədar müzakirələr aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə Mazımqara sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiya yerinə baxış keçirilib, görülən işlərin gedişatına nəzarət edilib, müvafiq tövsiyələr verilib.

Həmçinin Regional Əlaqələndirmə Mərkəzinin şimal-qərb rayonları üzrə qərargahının növbəti iclası keçirilib. İclasda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti müzakirə olunub, əlavə tapşırıqlar verilib.

Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirləri davam etdiril