Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

16 May 18:15Manşet / Sosial

Qusarda qadın sahibkarların biznes fəaliyyətlərinin genişləndirilməsi müzakirə olunub

 Qusarda qadın sahibkarların biznes fəaliyyətlərinin genişləndirilməsi müzakirə olunub

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Qusarda şimal bölgəsində yaşayan qadın sahibkarların şəbəkələşməsi, biznes fəaliyyətlərinin genişləndirilməsi məqsədilə konfrans təşkil olunub.

“Regionda qadın sahibkarlar üçün yeni fürsətlər və şəbəkələşmənin genişləndirilməsi” mövzusunda keçirilən konfransda Qusar, Quba, Xaçmaz və Siyəzən rayonlarda yaşayan qadın sahibkarlar iştirak ediblər.

Konfransdan əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayevanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında bölgədə qadın sahibkarlığının inkişafı ilə bağlı səmərəli müzakirələr keçirilib.

Görüşdə bildirilib ki, ölkəmizdə sahibkarlığın daha da inkişafı üçün biznes mühitinin daim yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu gün dövlət-sahibkar münasibətləri inkişaf edir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Tədbirin əvvəlində AQSİA-nın ölkə ərazisindəki və xarici əlaqələri ilə bağlı hesabat xarakterli videoçarx təqdim olunub.

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, assosiasiyanın hədəfi bölgələrdə qadın sahibkarlığının inkişafı istiqamətində vacib layihələrin həyata keçirilməsidir.

Assosiasiya rəhbəri bütün bölgələrdə qadınların ciddi potensialının olduğunu və bu potensialın reallaşdırılmasında AQSİA-nın qadınlara hər zaman dəstək olduğunu diqqətə çatdırıb.

“Bu gün dövlət-sahibkar münasibətləri inkişaf edir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilir, investisiya təşviqi proqramı çərçivəsində müxtəlif layihələr reallaşdırılır, yeni sənaye zonaları yaradılır, müxtəlif ölkələrə ixrac missiyaları təşkil olunur, eləcə də ticarət evləri açılır”, - deyə Səkinə Babayeva bildirib.

Konfransda AQSİA-nın İdarə Heyətinin üzvü Jalə Əmirbəyova, Ulduza Xanlarova, Lamiyə Bayramova, Vəsilə Adulova, Rübabə Mürşüdova çıxış edərək gənc sahibkarları, sahibkar olmaq istəyən xanımları maraqlandıran sualları cavablandırıblar. Uğur qazanan qadın sahibkarlar öz təcrübələrini bölüşüblər.

Tədbirdə bölgədə yaşayan xanımların fəaliyyət imkanlarının genişləndirilməsi ilə bağlı, mövcud qayğılar, çətinliklər barədə də fikir mübadiləsi aparılıb.