Menu
Xəbər Lenti
11 Ock 21:00Mədəniyyət

Bir qərinə keçsə də, unutmadıq!

Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən bir qərinə – 33 il keçir...

AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçiriləcək.

Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılacaq, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdiriləcək. Beynəlxalq hərbi mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndiriləcək.