Menu
Xəbər Lenti
14 Eyl 10:21Manşet / Siyasət

Prezident İlham Əliyev: Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir

Prezident İlham Əliyev: Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir

Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir.

Bunu Prezident İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.