Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

06 Ock 14:23Siyasət

Böyük Qayıdışı daha da sürətləndirmək əsas hədəflərimiz sırasındadır

Azərbaycanın tarixinə daha bir uğurlu səhifə yazıldı. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaratdığı möhkəm təməl ölkəmizin davamlı inkişafının əsasıdır. Son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın bu gününü sabahından daha da möhtəşəm görmək istəyi yeni-yeni hədəflərə stimul verir. Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində də bu fikri xüsusi qeyd etdi ki, 2022-ci ilin də ölkəmiz üçün uğurlu olacağını bildirmişdi. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.

Ötən hər il yeni il üçün hədəflərin müəyyənləşdirilməsində stimuldur. Hər dövrün öz tələbi olduğu kimi, hər yeni ilin də qarşıya qoyduğu vəzifələri, çağırışları vardır. İki ildən artıqdır ki, böyük qürur hissi ilə tarixi Zəfərimizdən və onun yaratdığı reallıqlar fonunda ölkəmizin artan siyasi çəkisindən, nüfuzundan bəhs edirik. İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi 2022-ci ildə siyasi müstəvidə daha da möhkəmləndirdik. Məlumdur ki, möhtəşəm Qələbəmizdən sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini etdi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına xidmət edəcək sülh müqaviləsinin imzalanması istiqamətində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə edilən razılaşmaların hər biri Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısının xalqa müraciətində vurğuladığı kimi, 2022-ci ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarının göz qabağında olduğunu vurğulayan deputat deyib: “Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. 2022-ci ilin sosial-iqtisadi göstəriciləri uğurlu siyasətin və islahatların aydın mənzərəsini yaradır. Belə ki, iqtisadiyyat təqribən 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb. Ümumi daxili məhsul ötən il rekord həddə – 130 milyard manata çatıb. Prezident İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olunub. 2022-ci ildə dövlətimizin başçısının regionlara 30 səfəri olub ki, bunların 21-i işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər mühüm əhəmiyyət kəsb edən sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azad edilmiş şəhərlərimizin, kəndlərin Baş planları hazırlanır. Bütün işlər məhz bu plan əsasında görülür. Böyük Qayıdışı daha da sürətləndirmək, bütün işləri vaxtında, eyni zamanda, yüksək keyfiyyətlə görmək əsas hədəflər sırasındadır. Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən böyük inamla qeyd edirdi: Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.

İki ildən artıq dövrdə görülən işlərin miqyasının bu inamın təsdiqi olduğunu söyləyən Malik Həsənov diqqəti əldə edilən nəticələrin xronologiyasına yönəldib: “Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilib və zəngilanlılar öz doğma torpaqlarına qayıdıblar. Avqustun 26-da, nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhəri azad edildi. Eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Artıq Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Cari ilin hədəfləri sırasında laçınlıların Laçına qayıtması xüsusi yer tutur. Ümumilikdə Böyük Qayıdış proqramında bütün planlar öz əksini tapıb. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yüz minlərlə keçmiş məcburi köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”.

Deputat bir mühüm məqamı da xüsusi qeyd edib: “Hər yeni ilin özəlliyi özündə mühüm məqamları ehtiva etməsidir. Belə ki, Prezident İlham Əliyevin sərəncamları hər il ölkəmizin hərtərəfli inkişafına xidmət edən konkret sahələrin adı ilə bağlı olur, həmçinin tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza bağlılığımızı əks etdirir, ən əsası Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Heydər Əliyev siyasətinin təbliğinə, qalib ölkəmizin qarşısında dayanan möhtəşəm uğurların təqdimatına yönəlir. 2022-ci il “Şuşa İli”, 2023-cü il isə “Heydər Əliyev İli” elan edildi. Şuşanın 270 illiyi çox geniş və böyük təntənə ilə qeyd edildi. Bu il isə Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Ümummilli Liderin yolu ilə gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr bu yolun təməlində dayanıb”.

“Azərbaycanın hər ili öz tarixinə uğurlu səhifə kimi yazması qaçılmazdır. Heydər Əliyev yolu ölkəmizi gələcəyə daha böyük inamla aparır. Otuz illik işğala 44 gündə son qoyan Azərbaycan tarixi Zəfəri ilə malik olduğu bütün imkanları dünyaya təqdim etdi. Bu gün isə şanlı Qələbəmiz Qarabağı və Şərqi Zəngəzuru daha möhtəşəm görmək üçün müasir tələblər əsasında bərpa-quruculuq işlərinin miqyasını genişləndirməyə, Böyük Qayıdışı tam şəkildə reallaşdırmağa çağırış edir. Birliyimiz, həmrəyliyimiz sayəsində bu hədəfə də tezliklə nail olacağıq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.