Menu
Xəbər Lenti
24 Ağu 15:24Gündəm

Sabah Abşeronda leysan gözlənilir - HAVA PROQNOZU


Sabah Abşeronda leysan gözlənilir - HAVA PROQNOZU


Ölkə ərazisində avqustun 25-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu - olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.