Menu
Xəbər Lenti
16 Ara 09:58Manşet / Gündəm / Sosial

Sabiq icra başçısı vəfat etdi

 

Beş il (1994-1999) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib.

Oxu.Az xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.

O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.

Bizimlə əlaqə saxlayın