Menu
Xəbər Lenti
27 Haz 07:19Manşet / Hadisə

Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var

Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.

Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.


Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır