Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

06 Nis 15:14Manşet / Siyasət

İcra başçılarının aktları elektronlaşdırılacaq

İcra başçılarının aktları elektronlaşdırılacaq

Azərbaycanda yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının elektronlaşdırılması nəzərdə tutulur.

Bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron bazasının yaradılması nəzərdə tutulur.

Planda yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.