Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

13 Ock 16:21Mədəniyyət

Azərbaycanlı pianoçu ABŞ-da solo konsert proqramı ilə çıxış edib

Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kennedi Sənət Mərkəzində keçirilən konsertdə əvvəlcə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən bəhs edərək, dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən söhbət açıb.

Gecədə pianoçu Azərbaycanın tanınmış bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə, Lalə Cəfərova və Faiq Sücəddinovun, eyni zamanda, xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.

Qeyd edək ki, konsert proqramı müxtəlif ölkələrdən olan sənətsevərlər və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.