Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

25 Şub 14:58Mədəniyyət

Bakıda “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub.

Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlində qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralananlara Allahdan şəfa dilənib.

Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.

Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri konsertin iştirakçıları və təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.