Menu
Xəbər Lenti
25 Şub 09:10Manşet / Gündəm

İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində şəhid olan əməkdaşının doğum günüdür

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən müharibəsində şəhid olan Asəf Nəsibovun doğum günü ilə bağlı paylaşım edib.

Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vətən müharibəsinin şəhidi, həmkarımız Asəf Nəsibovun doğum günüdür. Doğma torpaqlarımızın işğaldan azad olunması yolunda qəhrəmanlıqla döyüşmüş şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!”, - deyə M.Cabbarov qeyd edib.