Menu
Xəbər Lenti
29 Mrt 09:56Manşet / Cəmiyyət

Bayram günləri poçtlarla 35 minə yaxın məktub göndərilib

Bayram günləri poçtlarla 35 minə yaxın məktub göndərilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində vətəndaşlara xidmət göstərib.

Respublika üzrə, 19-27 mart tarixlərində əvvəlcədən müəyyən edilmiş poçt şöbələri fəaliyyət göstərib.

MMC-dən bildirilib ki, bu günlər ərzində daxil olan poçtların 34607 ədədini məktub, 351 ədədini beynəlxalq bağlama, 7388 ədədini kiçik paket, 1756 ədədini isə daxili bağlama təşkil edib.

Eyni dövrdə “Azərpoçt” MMC-dən çıxan poçtların 31712 ədədi məktub, 65 ədədi beynəlxalq bağlama, 7388 ədədi kiçik paket, 1661 ədədi isə daxili bağlamadan ibarət olub.

Bundan başqa, “Azərpoçt” MMC-yə bayram günlərində 169 Çağrı mərkəzi və digər əlaqə kanalları vasitəsilə ümumilikdə 2291 müraciət daxil olub.

Müraciətlər daha çox bayram günlərində poçt şöbələrinin iş rejimi, poçt göndərişlərinin çatdırılma müddəti, beynəlxalq pulköçürmələri, xidmətlər üzrə tariflər, poçt indeksləri, valyuta mübadiləsi barədə olub.

Daxil olan bütün müraciətlər cavablandırılıb. Araşdırılmasına ehtiyac yaranan müraciətlər aidiyyəti üzrə yönləndirilib.

Qeyd edək ki, “Azərpoçt” MMC vətəndaşların məmnuniyyətini təmin etmək üçün bayram günlərində ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətlərini (təcili pulköçürmələri, kommunal ödəniş qəbulu və s.) də həyata keçirib.