Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

11 Tem 15:32Manşet / Siyasət / Dünya

Putinlə Ərdoğanın görüşü yaxın vaxta planlaşdırılıb - Kreml

Putinlə Ərdoğanın görüşü yaxın vaxta planlaşdırılıb - Kreml

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün yaxın zamanda keçirilməsi planlaşdırılır.
Bu barədə iki liderin telefon danışıqlarının yekunları üzrə Kremlin mətbuat xidmətindən bildiriblər.

"Yaxın zamanda keçirilməsi planlaşdırılan yüksək səviyyəli Rusiya-Türkiyə görüşü ərəfəsində liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər", - deyə Kremlin açıqlamasında deyilir.

Xatırladaq ki, bu gün Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.