Menu
Xəbər Lenti
28 Mrt 07:24Dünya

Milo Cukanoviç: Aprelin 2-də keçiriləcək seçkilər Monteneqronun taleyini müəyyən edəcək

Monteneqro Prezidenti Milo Cukanoviç aprelin 2-də ikinci turunun keçiriləcəyi prezident seçkilərinin ölkənin taleyini, eləcə də Avropa dövləti kimi inkişafının davamlığını müəyyən edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, M.Cukanoviç Monteneqronun 2006-cı il mayın 21-də Serbiyadan ayrılmamasını və müstəqil olmamasını müdafiə edənlərin rəqib namizəd Yakov Milatoviçi dəstəklədiklərini deyib. O, hökumətin 2021-ci ildən bəri etdiklərinin göz qabağında olduğunu və Monteneqronun Avropa İttifaqına üzvlük yolunun kəsildiyini qeyd edib.
Xatırladaq ki, martın 19-da Monteneqroda keçirilən prezident seçkilərində namizədlərdən heç biri mütləq səs çoxluğunu əldə edə bilməyib. Ən çox səs toplayan hazırki Prezident Milo Cukanoviç və Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçkinin ikinci turunda ölkənin 8-ci prezidenti olmaq uğrunda mübarizə aparacaqlar.