
Xəbər Lenti
Bugün, 08:32
Norveçin ən böyük neft şirkəti olan “Equinor” RF ilə bütün ortaq layihələrdən imtina edib
Bugün, 08:20
Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”
Bugün, 08:13
Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır
Dün, 19:00
ŞAMAXI İCTİMAİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ
23-05-2022, 08:27
Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib
22-05-2022, 13:53
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi "Böyük görüş " adlı tədbir keçirib
Bakıda yaşayış binasının tavanı uçub, dörd nəfər xilas edilib

Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında uçqun baş verməsi və vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.
Ümumilikdə hadisə zamanı xəsarət alan olmayıb.