Menu
Xəbər Lenti
03 Şub 08:46Manşet / Kriminal

Gəncədə dəhşətli hadisə: Oğul atasını balta ilə vurdu

 

Gəncədə 72 yaşlı kişi başından xəsarət alıb.

APA xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1952-ci il təvəllüdlü N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib.

72 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Məmmədovu oğlu başından balta ilə vurub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.