Menu
Xəbər Lenti
08 Ekm 11:49Manşet / Siyasət / Dünya

Putin Krım körpüsündəki partlayışla bağlı göstəriş verdi

Putin Krım körpüsündəki partlayışla bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündəki partlayışla bağlı hökumət komissiyasının yaradılmasını tapşırıb.
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Baş nazirə hadisənin səbəblərinin aydınlaşdırılması və nəticələrinin tezliklə aradan qaldırılması üçün hökumət komissiyasının yaradılmasını tapşırıb. Onun tərkibinə, həmçinin Krasnodar diyarı və Krımın başçıları, Rusiya Qvardiyası, FTX, DİN nümayəndələri daxil olacaq”, - deyə o əlavə edib.