Xəbər Lenti
Prezident sərəncam imzaladı
29-07-2021, 15:29

Prezident sərəncam imzaladı

Yoluxanların sayı artdı
27-07-2021, 15:33

Yoluxanların sayı artdı

16 iyl 09:12Gündəm / Sosial

Anası narkotik qəbul edən qızcığazın müayinələrinə başlanılacaq

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsinə dair görüntülər yayılıb. Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə mənzildə olan azyaşlının uşaq sığınacağına yerləşdirildiyini açıqlayıb.
Merhemet.Tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sığınacağa yerləşdirilən azyaşlı ilə bağlı paylaşım edib.
“Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Üç yaşlı Səidə zərərli vərdişləri olan ailədən müvəqqəti uzaqlaşdırıldı. Anası və atası sabah narkoloji dispanserdə müayinədən keçiriləcək.
Səidə balamız artıq yanımızdadır. Sabahdan müayinələrə başlayacağıq. Natəmizlikdən körpənin rəngi bilinmirdi. Saçlarını da məlum səbəbdən qırxdıq”, - K.Ağazadə bildirib.