Xəbər Lenti
Atasızlığın rəsmi...
23-09-2021, 17:00

Atasızlığın rəsmi...

Atasızlığın rəsmi...
23-09-2021, 10:55

Atasızlığın rəsmi...

03 sen 16:48Sosial / Bölgə

Azərbaycanın yeni inkişaf mərhələsi

Şuşa yenidən qurulur və əvvəlki tarixi və strateji mövqeyini möhkəmləndirməkdədir. Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqlənib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi qələbədən danışıb. O, həmçinin azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələrə diqqət çəkib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətə malik olduğunu vurğulayan Qulu Novruzov bu Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib. Akademiya rəisi Azərbaycan ictimaiyyətinin, xüsusilə də Azərbaycan gəncliyinin bu tarixi sənədin mahiyyətinə varmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki,iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamə gələcək üçün müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir.
Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Doğma Şuşamızın illərin əsarətindən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edilməsi ilə şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır.

Bu gün ölkəmizin mədəniyyət incisi olan Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevirlmək yolunda hər gün daha da irəli gedir. Bu gün azad Şuşamıza ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir.

Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Bu günlərdə Azərbaycan mədəniyyətinə və eləcə də doğma Şuşamıza ən böyük qiymət Müzəffər ali baş komandanımız tərəfindən verilərək Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Buna tam inanırıq və əminik ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunu ölkə rəhbərliyi tərəfindən Şuşaya göstərilən böyük diqqət və qayğı açıqca sübut edir.
Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

Hörmət Məmmədli – Masallı rayon Binə Xocavar kənd sakini