Menu
Xəbər Lenti
14 Ara 02:45Dünya

BMT Londonun miqrasiya siyasətini sərtləşdirmək planını tənqid edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Böyük Britaniyaya qaçqınların hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini xatırladıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda Londonun miqrasiya siyasətini sərtləşdirmək planlarının əslində çoxlu sayda insanın ölkədə sığınacaq əldə etmək imkanını bağlayacağı bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarın köməkçisi Gillian Triggsin sözlərinə görə, belə yanaşma, az bir istisna olmaqla, hamı üçün Böyük Britaniyada sığınacaq əldə etmək imkanını bağlaya bilər. Bu, qaçqınların statuslarını təsdiqləmək üçün vasitələrinin olmamasına, Qaçqınların statusu haqqında Konvensiyanın pozulması ilə onların təhlükəli ölkələrə zorla göndərilməsi riskinə məruz qalması ilə nəticələnəcək. Bu, qaçqınlarla bağlı beynəlxalq hüququn pozulmasıdır. Belə siyasətin digər ölkələr tərəfindən təsdiqlənməsi aşağı və orta gəlirli ölkələrin onsuz da qeyri-mütənasib məsuliyyət yükünü artıra bilər, çünki onlar dünyada qaçqınların və sığınacaq axtaranların əksəriyyətini qəbul edirlər.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Britaniya Parlamentinin İcmalar Palatasında miqrasiya qaydalarının dəyişiləcəyini və qeyri-qanuni yollarla daxil olan hər kəsin tez bir zamanda ölkədən çıxarılacağını bildirib. Həmçinin deyib ki, daha çox İngiltərəyə qayıqlarla La-Manş boğazını keçərək daxil olan qeyri-qanuni miqrantlar deportasiyadan şikayət etmək imkanından məhrum ediləcək, onların Britaniyada yaşayış yeri və ya vətəndaşlıq əldə etmək yolları bağlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin