Menu
Xəbər Lenti
29 Ara 02:59Siyasət

Livanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Azərbaycanın Livandakı səfirliyi Beyrutda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səfirliyinin əməkdaşları və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ölkəmizin Livandakı səfiri Səməd Həsənov soydaşlarımızın bayramını təbrik edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların doğma Vətənimizin maraqları naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət edir.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi bu həmrəyliyin nə dərəcədə vacib olduğunu bir daha nümayiş etdirdi. Həmin günlərdə dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar birlik nümayiş etdirdi, ölkəmizə qarşı ermənilərin və onların havadarlarının apardıqları informasiya mübadiləsində möhtəşəm uğur əldə etdilər.

S.Həsənov Livanda yaşayan soydaşlarımızı ölkəmizin milli maraqlarının qorunması və haqq işimizin təbliği istiqamətində daha fəal rol oynamağa çağırıb.