Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

28 Şub 02:46Dünya

Böyük Britaniya “Eurovision 2023”ün əsas mövzusu kimi Ukrayna mədəniyyətini seçib

Bu il mayın 13-də Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision 2023” mahnı müsabiqəsində münaqişədən qaçan 3 min ukraynalı qaçqına bilet təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilatçıları Ukraynaya dəstək göstərmək üçün bu addımı atmaq barədə qərar qəbul etdiklərini bildiriblər.

Böyük Britaniyanın mədəniyyət naziri Lüsi Freyzer mətbuata açıqlamasında deyib ki, dəvət olunan ukraynalı qaçqınlar müsabiqədə vətənlərini, mədəniyyətlərini və musiqilərini təcəssüm etdirəcək ümumi tamaşada iştirak edəcəklər. Britaniyalı nazir ölkəsinin həmişə olduğu kimi, yenə də Ukrayna xalqına və onun azadlıq mübarizəsinə həmrəyliyini ifadə edib. Təşkilatçılar bu addımla, həmçinin ötən ilin qalibi olan Ukraynanın “Kaluş Orkestra” qrupuna ehtiramlarını bildirirlər.

Qeyd edək ki, mayın 13-də Liverpulda açılışı olacaq “Eurovision” mahnı müsabiqəsinin 67-ci buraxılışının əsas mövzusu Ukrayna mədəniyyəti olacaq.