Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
12-08-2026, 19:17
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
25 Ağu 16:43Hadisə
Ələt-Astara avtomobil yolunda qəza olub, ölən və yaralanan var

Ələt-Astara avtomobil yolunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Qəza nəticəsində sərnişin, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Əli Kəlbihüseyn oğlu Gözəlov dünyasını dəyişib.
Avtomobilin sürücüsü Rəfail Musa oğlu Məcidov isə yüngül xəsarət alıb.
Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan BMW markalı minik avtomobili yolun kənarına aşıb.
Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə magistralın 112-ci km-də qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb və 1 nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.























































