Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

29 Ağu 15:36Hadisə

Sabah da yağış yağacaq, şimşək çaxacaq

Sabah da yağış yağacaq, şimşək çaxacaq



Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.