Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

09 Eyl 15:50Hadisə

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

“Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti sentyabrın 12-nə qədər davam edəcək”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
A.Verdiyevin sözlərinə görə, hazırda bəzi bölgələrdə leysan xarakterli yağış yağır:
“Gecə Balakən, Şəki, Oğuz, Qəbələdə yağıntılar intensiv və güclü olub. Bölgədəki bəzi çaylardan qısamüddətli sel keçib”.
“Hazırda Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti müşahidə olunur. Axşama doğru və sentyabrın 10-u gündüzə qədər fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Sentyabrın 10-u səhərdən 11-i gündüzədək küləkli hava müşahidə olunacaq”, - qurum rəsmisi əlavə edib.