25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
Vaqif Xaçartryanın 1991-ci ildə Şuşada həbs səbəbi: Damarını dişiylə deşib…
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryan 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs olunub.
APA-nın xəbərinə görə, bu barədə bu gün Vaqif Xaçatryan məhkəmədə ifadəsində Azərbaycan xalqından üzr istəyərkən deyib.
Vaqif Xaçatryan məhkəmədə 30 gün Şuşada saxlandığını və bunun ona dərs olduğunu dilə gətirib: "Bu həbs mənə dərs oldu, ondan sonra bu məsələlərdən əl çəkmişəm".
APA Vaqif Xaçatryanın hansı səbəbdən 1991-ci ildə Şuşa polisi tərəfindən saxlanmasını araşdırıb. Məlum olub ki, o, azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə və əhali içində təşviş yaratdığı üçün 1991-ci il iyulun 5-də Şuşa polisi tərəfindən həbs edilib. Lakin həbsdə olduğunun 30-cu günündə Vaqif Xaçatryan özünə xəsarət yetirib. Belə ki, o, dişi ilə öz damarını deşib və təcili olaraq Xankəndində yerləşən xəstəxanaya aparılıb. Orada erməni milliyyətindən olan həkim və tibb işçilərinin köməyi ilə qaçmağı bacarıb. Onun özünə yetirdiyi xəsarət nəticəsində qolunda yaranan problemin izləri indi də qalır.
Vaqif Xaçatryanın bugünkü etirafı bir daha onun azərbaycanlılara qarşı cinayət törətməsinin öz dilindən sübutudur.