Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
31 Ock 20:39Hadisə
Xətai rayonunda yataqxanadakı yanğının ilkin səbəbi müəyyənləşdirilib
Ötən gecə paytaxtın Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 18 kvadratmetr olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 kvadratmetr sahədə yanıb, mənzilin qalan hissəsi alovdan mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.