Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

16 Ara 06:54İqtisadiyyat

Bu il Azərbaycandan Moskva regionuna təqribən 4 min ton nar gətirilib

Azərbaycandan Moskva regionuna gətirilmiş təqribən 4 min ton təzə nar fitosanitar nəzarətindən keçirilib.

AZƏRTAC xəbər verir ki, RF baytarlıq və fitosanitar nəzarəti üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) məlumatına görə 2022-ci ilin əvvəlindən “Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarəsi 200-dən çox avtonəqliyyat vasitəsini yoxlayıb və karantin fitosanitar nəzarəti keçirib. Həmin nəqliyyat vasitələrində gətirilən 4 min tona yaxın təzə narın tədarükçüləri Azərbaycan Respublikasından olan istehsalçılardır. “Rosselxoznadzor”un tabeliyində olan Ümumrusya Bitki Karantini Mərkəzinin mütəxəssisləri bütün məhsulu laboratoriyalarda müayinə edib və bu məhsulun karantin fitosanitar tələblərə müvafiq olduğunu təsdiq ediblər.

Karantin fitosanitar nəzarəti prosedura uğurla başa çatandan sonra məhsul sərbəst satışa buraxılıb.