Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
“Sabah” yamaykalı futbolçusu ilə yollarını ayıracaq
“Sabah” yamaykalı futbolçusu Kahim Parrislə yollarını ayıracaq.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubu hazırda icarə əsasında komandada çıxış edən vingeri birdəfəlik transfer etmək fikrində deyil.
Buna səbəb 23 yaşlı oyunçunun ümidləri doğrulda bilməməsidir. Parrisin müqavilə ilə məxsus olduğu Ukraynanın “Dinamo” klubuna qayıtması gözlənilir. Yamayka millisinin üzvünün icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, onun qış fasiləsində Kiyev təmsilçisinə dönməsi istisna edilmir.
Qeyd edək ki, Kahim Parris bu mövsüm Premyer Liqada 11 oyun keçirib.