Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Kanada Ukraynanın Avropa İttifaqına üzv olmasına kömək edəcək
“Kanada Ukraynaya Avropa İttifaqına üzv olmaq yolunda fəal dəstək göstərəcək və beynəlxalq tərəfdaşları da oxşar şəkildə yardım göstərməyə təşviq edəcək”.
Bu sözləri Kanada xarici işlər naziri Melani Coli deyib.
Melani Coli Kremlin Ukraynaya qanunsuz soxulma qərarını strateji səhv adlandırıb. Çünki onun fikrincə, bu yolla Rusiya diplomatik, siyasi, iqtisadi və hərbi cəhətdən özünü dünyadan təcrid edib. Diplomat əmindir ki, Rusiya üzərində bu üstünlüyün saxlanması vacibdir.
Melani Coli, həmçinin qeyd edib ki, Kanada Avropa İttifaqına (Aİ) üzvlük yolunda Ukraynanı dəstəkləyəcək.
“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Co Bayden Administrasiyasını və Aİ-ni ona köməyi davam etməyə, həmçinin Ukraynanı Aİ-yə qəbul etməyə məcbur edəcəyik, çünki bu onun gələcəyi üçün çox vacibdir”, - deyə Kanada xarici işlər naziri vurğulayıb.
Coli NATO-ya üzv olan bütün dövlətlərin Ukraynaya davamlı dəstəyinin vacibliyini nəzərə çatdırıb.
Mənbə: Oxu.az























































