Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
“Hizbullah” İsrail hərbi qüvvələrinin qərargahını atəşə tutub
“Hizbullah”ın silahlı qüvvələri Livanın cənubundan Even Menahem qəsəbəsi yaxınlığındakı sərhəd bölgəsində İsrail hərbçilərinin qərargahına zərbə endirib.
Bu barədə “Hizbullah” hərbi informasiya xidmətinin “Telegram” kanalında yerləşdirilən bəyanatda deyilir.
Verilən məlumata görə, hücum zamanı tank əleyhinə idarə olunan raketlərdən istifadə edilib.
“Döyüşçülərimiz Qəzza zolağında Fələstin xalqının dayanıqlılığı və onların rəşadətli müqavimətinə dəstək məqsədilə əməliyyat keçirib və əməliyyat komandanlığının Even Menahem qəsəbəsində yerləşən qərargahına zərbələr endiriblər. Birbaşa zərbə nəticəsində düşmən sıralarında ölən və yaralananlar var”, - deyə qeyd olunub.
“Hizbullah”ın bu hücumunu İsrail hərbi nümayəndəsi hələlik təsdiq etməyib.
Mənbə: Oxu.az