Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Müller gələcək karyerası barədə qərar verdi
Tomas Müller “Bavariya” ilə müqavilənin müddətini uzadıb.
Məlumata görə, almaniyalı forvard komanda ilə əməkdaşlığı 2024/2025 mövsümünün sonuna qədər davam etdirəcək.
Futbolçunun agentləri və klub nümayəndələri sövdələşmənin bütün detalları ilə bağlı razılığa gəliblər, Müller yalnız müqaviləni imzalamaqla kifayətlənib.
Bu həftə rəsmi açıqlama gözlənilir.
Qeyd edək ki, Müller 16 ildir (2007-ci ildən) “Bavariya”da oynayır. Bu mövsüm forvard münhenlilərin heyətində bütün turnirlərdə 15 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir.
Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 12 milyon avrodur.
Mənbə: Oxu.az