Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

14 Şub 10:41Manşet / Gündəm

Nazirlər Kabineti istefa verdi - YENİLƏNİB

 

Nazirlər Kabineti istefa verib. 

APA-nın əldə etdiyi məlumata görə, Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün addımlar yerinə yetirilib.

11:51

Nazirlər Kabineti bu gün istefa verəcək.

Oxu.Az xəbər verir ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyev bu gün and içib.

Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.