Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
“Gənc Sahibkarların I Şəbəkələşmə Düşərgəsi”nin tarixi AÇIQLANDI
Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 17-ci Qrant müsabiqəsinin qalibləri sırasında olan “Gənc Sahibkarların I Şəbəkələşmə Düşərgəsi” 23-25 fevral tarixində Qusar rayonunda həyata keçiriləcəkdir.
“İNFONEWS” – a təşkilatçılat tərəfindən verilən məlumata görə, ölkənin müxtəlif regionlarında yaşayan gənc startapçılar və gənc sahibkarlar üçün müxtəlif mövzuda ustad dərsləri, təlimlər və şəbəkələşmə görüşləri təşkil ediləcəkdir. Həmçinin düşərgənin son günündə gənc sahibkarlar öz məhsul və xidmətlərini digər gənc sahibkarlara təqdim etmək imkanı yaradılacaqdır.
Layihənin məqsədi regionlarda fəaliyyət göstərən 18 – 35 yaşlı gənc sahibkarlar arasında şəbəkələşmənin qurulması, onların bilik və bacarıqlarının artırılmasıdır.
Tags: 17-ci Qrant müsabiqəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, İNFONEWS























































