Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

23 Mrt 09:16Manşet / Mədəniyyət

“Crocus City Hall”da konsert verməli olan məşhur qrupun üzvlərindən biri itkin düşüb

 

Cümə günü “Crocus City Hall”da konserti baş tutmalı olan “Piknik” qrupunun üzvlərindən biri itkin düşüb.

Bu barədə qrupun konsert direktoru Yuri Çernışevski məlumat verib.

“Biz üzvlərdən biri ilə əlaqə saxlaya bilmirik, onun “Crocus”u tərk edib-etmədiyini bilmirik”, - deyə o, qeyd edib.

Ancaq Çernışevski komandanın hansı üzvü haqqında danışdığını dəqiqləşdirməyib.

Qeyd edək ki, “Piknik”in konserti 22 mart saat 20:00-da “Crocus City Hallda” baş tutmalı idi. Konsertdən bir neçə dəqiqə əvvəl, kamuflyajlı bir neçə silahlı şəxs binaya girərək atəş açmağa başlayıb və partlayış törədib.

Yuri Çernışevskinin sözlərinə görə, atışma başlayanda musiqiçilər qrim otağında olublar, sonra onlar oradan təxliyə olunublar.

Qeyd edək ki, son məlumatlara görə, terrorda ölənlərin sayı 70 nəfərə çatıb, azı 147 nəfər isə yaralanıb. Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir. 

Mənbə: Oxu.az