Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Bakıda kütləvi dava: Bıçaqlananlar var
Bakının Nəsimi Rayonunda kütləvi dava zamanı üç nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
Belə ki, altı nəfər arasında düşən dava zamanı 2005-ci il təvəlüdlü Kənan Rəşad oğlu Quliyev, 2001-ci il təvəlüdlü Rövşən Zaur oğlu Haqverdiyev və 2002-ci il təvəlüdlü Sadiq Zabit oğlu Zeynalov bıçaqlanıblar.
Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.