Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dövlət Komissiyası Ermənistanın mina təcavüzü barədə məlumat yayıb
Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması, o cümlədən partlamamış sursatlarla həddən artıq çirkləndirilməsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır.
Bu, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd edilib.
Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.
Vurğulanıb ki, bir çox hallarda Dövlət Komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.
“Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir”, - məlumatda qeyd edilib.























































