Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

21 Nis 09:29Manşet / Cəmiyyət

Kürdə batan Səmanın meyiti tapıldı

 

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən üç kilometr uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb.

Vurğulanıb ki, meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun altı yaşlı qızı - 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulublar.