Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
“Spartak”a türkiyəli məşhur məşqçi rəhbərlik edə bilər
Rusiyanın “Spartak” futbol klubu türkiyəli mütəxəssis Okan Buruku komandanın baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirir.
Məlumata görə, “Spartak” artıq “Qalatasaray”a rəhbərlik edən Burukla əlaqə saxlayıb və ona 2 illik müqavilə təklif edib.
Xatırladaq ki, aprelin 14-də “Spartak”ın rəhbərliyi ispaniyalı baş məşqçisi Gilyermo Abaskalın istefaya göndərilməsi barədə qərar qəbul edib. Bosniyalı Vladimir Sliskoviç baş məşqçi əvəzi olub.
Qeyd edək ki, Burukun 50 yaşı var və o, 2022-ci ildən “Qalatasaray”a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə Türkiyə çempionu olub.
Buruk futbolçu karyerası ərzində Türkiyənin “Qalatasaray”, “İstanbul Başakşehir”, “Beşiktaş” və İtaliyanın “İnter” klublarında çıxış edib. O, “Qalatasaray”la birlikdə 7 qat Türkiyə çempionu, 2000-ci ildə UEFA Kubokunun və Superkubokunun qalibi olub. Türkiyə millisinin heyətində Buruk 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının bürünc mükafatçısı olub. O, həm də Türkiyə millisinin Avropa çempionatında ilk qolunun müəllifidir: 2000-ci ildə Buruk qrup mərhələsinin ilk turunda İtaliya yığması ilə matçda (1:2) qol vurub.
Mənbə: Oxu.az